0%
0 votes, 0 avg
95

Holland Peşə Yönümü Testi (RIASEC modeli)

Bu test John Holland tərəfindən hazırlanmışdır və insanların şəxsiyyət tiplərinə uyğun peşə sahələrini müəyyən etməyə kömək edir.

Cəmi 6 əsas şəxsiyyət tipi mövcuddur:

  1. Realist tip (R) – praktik, əşyalarla işləməyi sevən

  2. İntellektual tip (I) – tədqiqatçı, analitik düşüncəli

  3. Artistik tip (A) – yaradıcı, orijinal fikirli

  4. Sosial tip (S) – insanlarla işləməyi sevən, empatik

  5. Təşəbbüskar tip (E) – lider, təşəbbüskar, təşviqedici

  6. Konvensional tip (C) – qayda-sevən, struktura bağlı

🧩 Testin nəticəsində sizin 2 əsas dominant şəxsiyyət tipiniz göstəriləcək — məhz bu üçlük sizin peşə yönümünüzü və daxili maraqlarınızı ən yaxşı şəkildə əks etdirəcək.

⚠️ Testə başlamazdan əvvəl vacib qeydlər:

Testi düzgün keçmək və dəqiq nəticə almaq üçün:

Peşələri maaşına, statusuna və ya cəmiyyətin fikrinə görə seçməyin.
“Harada hörmət çoxdur?” və ya “Valideynlər nə istəyir?” kimi suallar sizi yanlış istiqamətə aparar.

✅ Bunun əvəzinə:

🧭 Daxilinizdə sizi həqiqətən maraqlandıran və sizə uyğun gələn cavabları seçin.
💬 Onda testin nəticələri doğru olacaq,
və sizə uyğun faydalı tövsiyələr əldə edəcəksiniz.

1 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Mühəndis-texnoloq — istehsal proseslərini necə təşkil etməyi planlaşdırır və optimallaşdırır.

Mühəndis-konstruktor — texnoloqun planlaşdırdığı məhsul və prosesi konkret texniki həllərə çevirir, yəni “onu necə düzəltmək lazım olduğunu” layihələndirir.

2 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Radiotexnik — elektron radio cihazların təmiri və sazlanması ilə məşğuldur.
Terapevt həkim insanların sağlamlığına nəzarət edir və müalicə aparır.

3 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Avtomatlaşdırılmış kəsim operatoru — proqramla idarə olunan apparatları işlədən və materialların dəqiq emalına nəzarət edən şəxsdir (məsələn, taxta kəsmə, metal formalaşdırma)

Keyfiyyətə nəzarət üzrə mütəxəssis — məhsulların standartlara uyğunluğunu yoxlayan və istehlakçıya çatmazdan əvvəl mümkün qüsurları aşkar edən mütəxəssisdir.

4 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Fotoqraf — foto çəkilişi ilə məşğul olan
Tacir — satış və ticarət sahəsində çalışan insan

5 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

FHN xilasedicisi — fövqəladə hallarda insanlara yardım göstərir

Dizayner — bir obyektin (məsələn, evin, mebelin, geyimin və ya reklamın) gözəl və rahat görünməsi üçün onu təsəvvür edən və hazırlayan şəxsdir.

6 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Politoloq ictimai — siyasi prosesləri tədqiq edir.
Psixiatr — psixi sağlamlıqla məşğul olan həkimdir.

7 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Kimyaçı alim kimyəvi maddələri və reaksiyaları araşdırır
Mühasib maliyyə və hesabat işləri aparır

8 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Fəlsəfəçi — insan düşüncəsi və həyat mənasını araşdırır
Fərdi sahibkar — öz biznesini idarə edir.

9 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Dilçi — dilləri və nitq formalarını öyrənir
Modelyer — geyim dizaynı ilə məşğuldur

10 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Məşğulluq inspektoru — iş axtaranlara yardım edir
Statist — statistik məlumatların təhlili ilə məşğuldur.

11 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Sosial pedaqoq — uşaqlarla və ailələrlə sosial problemləri həll edir
Birja makleri — səhm alqı-satqısı ilə məşğuldur

12 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Məşqçi — fiziki hazırlıq və idman fəaliyyəti üzrə çalışır
İncəsənətşünas — sənət əsərlərini araşdırır

13 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Notarius — hüquqi sənədləri təsdiqləyir
Menecer — layihə və komanda idarəçiliyi ilə məşğuldur.

14 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Təmir-tikinti ustası — binaların və mənzillərin təmiri, yenilənməsi və tikinti işlərini yerinə yetirən peşəkar şəxsdir
Rəssam — şəkil və sənət əsərləri yaradan şəxs

15 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Siyasi lider — insanları yönləndirir və ictimai fəaliyyət göstərir
Yazıçı — bədii və publisistik əsərlər yaradır

16 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Kriminalist (ballistik üzrə) — silah, güllə və atış izlərini araşdıraraq cinayətlərin təhqiqatına dəstək verən mütəxəssisdir.
Bəstəkar — musiqi əsərləri yaradan və melodiyalar bəstələyən yaradıcı şəxsdir.

17 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Şair, yazıçı — bədii əsərlər və poeziya yaradan, sözlə ifadə gücünü ortaya qoyan yaradıcı şəxsdir.
Satıcı — məhsul və xidmətlərin təqdimatı və alıcılara satışı ilə məşğul olan şəxsdir

18 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Kassir — satış zamanı ödənişlərin qəbulunu həyata keçirir Prodüser — layihələrin maliyyələşməsi və istehsalına rəhbərlik edir

19 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Vəkil — şəxsləri hüquqi məsələlərdə müdafiə edən və təmsil edən mütəxəssisdir.

Şirkət rəhbəri — müəssisənin idarə olunmasına və strateji qərarlara cavabdeh şəxsdir

20 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Loqoped — nitq qüsurlarını aradan qaldırmaq üçün çalışır.Keyfiyyət nəzarətçisi — məhsul və ya xidmətin müəyyən standartlara uyğunluğunu yoxlayan və istehsal prosesində keyfiyyətin qorunmasına nəzarət edən şəxsdir.

21 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Ekoloq — təbiət mühitini, canlıların yaşayış şəraitini və insan fəaliyyəti ilə ətraf mühit arasındakı qarşılıqlı əlaqəni araşdıran mütəxəssisdir.
Aktyor — teatr və filmlərdə obrazlar yaradır.

22 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Biblioqraf kitab və mənbələrin sistemləşdirilməsi ilə məşğuldur
TV aparıcısı — televiziya verilişlərini təqdim edən, tamaşaçı ilə ünsiyyət quran və verilişin axıcılığını təmin edən şəxsdir

23 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Arxeoloq — qədim abidə və artefaktları araşdırır
Arxivarius — sənədlərin toplanması, sistemləşdirilməsi, qorunması və uzunmüddətli saxlanmasını təmin edən mütəxəssisdir.

24 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Avtotexnik — avtomobillərin texniki vəziyyətinə nəzarət edir
Stilist — insanların geyim və görünüşünü formalaşdırır

25 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Baytar — heyvanların sağlamlığı ilə məşğul olur
Maliyyə direktoru — müəssisənin maliyyə strategiyasını formalaşdırır, büdcəni planlaşdırır, xərclərə və gəlirlərə nəzarət edir.

26 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Ekspeditor — malların çatdırılmasını təşkil edir
Redaktor — mətnlərin redaktəsi və nəşrə hazırlanması ilə məşğuldur

27 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Bərbər — saç kəsimi və baxımı ilə məşğuldur.
Sosioloq — cəmiyyətin quruluşunu, sosial münasibətləri və ictimai prosesləri araşdıran mütəxəssisdir.

28 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Fermer — kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur
Vizajist — insanlara makiyaj xidməti göstərən mütəxəssis

29 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Korrektor — mətnlərdəki səhvləri yoxlayır və düzəldir.
Kinoşünas — filmləri estetik, tarixi və məzmun baxımından analiz edən, kino sənətinin inkişafını və janrlarını araşdıran mütəxəssisdir.

30 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Bərpaçı — tarixi abidə, sənət əsəri və ya tikililərin ilkin görünüşünü itirmədən onların təmir və yenidən bərpasını həyata keçirən mütəxəssisdir
Şöbə müdiri — təşkilati və rəhbərlik işləri ilə məşğul olan şəxs

31 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Tərbiyəçi müəllim — uşaqların mənəvi, sosial və emosional inkişafına nəzarət edir
Dekorator — məkanların estetik tərtibatı ilə məşğuldur

32 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Müəllim — tədrislə məşğuldur və şagirdlərin biliklərini inkişaf etdirir
Birja makleri — maliyyə bazarlarında alqı-satqı əməliyyatları aparan və müştərilərinin adından aktivlərlə (səhm, valyuta) ticarət edən vasitəçidir. Bazar vəziyyətini təhlil edir və sərfəli əməliyyatlar həyata keçirir.

33 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

İnspektor —azyaşlıların hüquqlarının qorunması, hüquq pozuntularının qarşısının alınması və risk qrupuna aid yeniyetmələrlə profilaktik işlərin aparılması ilə məşğul olur.
Satış nümayəndəsi — məhsulların reklamı və yayımı ilə məşğuldur

34 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Proqramçı — proqram təminatı yaradır və texniki sistemlər qurur
Memar — yaşayış, ictimai binaları və diqər tikililəri layihələndirir və planlaşdırır.

35 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Zooloq-alim — heyvanları və onların davranışlarını araşdırır.
Baş mühəndis — istehsalat və texniki sahəyə rəhbərlik edir, nəzarət və idarəçilik edir

36 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

İqtisadçı-analitik — iqtisadi prosesləri təhlil edir, bazar meyillərini araşdırır, resursların səmərəli istifadəsini planlaşdırır və maliyyə strategiyalarının hazırlanmasında iştirak edir.
Provizor — dərman vasitələrinin hazırlanması və satışına nəzarət edir

37 / 42

Aşağıda sizə iki peşə təqdim olunub. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Videooperator — çəkilişləri həyata keçirir və görüntü keyfiyyətinə nəzarət edir
Rejissor — film və ya layihənin yaradıcı rəhbəridir

38 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Mikrobioloq — bakteriyalar, viruslar və digər mikroorqanizmləri tədqiq edir, onların insan, heyvan, bitki və ətraf mühitlə əlaqələrini öyrənir.

Psixoloq — insanın psixoloji vəziyyətini, davranışını və emosiyalarını araşdıran, həmçinin problemlərin həllinə, emosional tarazlığın bərpasına və özünüinkişafa kömək edən mütəxəssisdir.

39 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Kompüter ustası — texniki avadanlıqları təmir edir
Katib — sənədləşmə və ofis işlərini yerinə yetirir

40 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Çertyojçu — texniki rəsmlər çəkir, layihə və ya konstruksiyaların dəqiq texniki çertyojlarını hazırlayır.
Makler — mülklərin satışı və kirayəsi ilə məşğuldur.

41 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Sürücü — nəqliyyat vasitələrini idarə edir
Mətbuat xidmətinin əməkdaşı — təşkilatla bağlı rəsmi məlumatların yayılması və mediayla əlaqələrin qurulması ilə məşğuldur

42 / 42

Aşağıda sizə iki peşə təqdim olunur. Onlardan sizə daha uyğun və maraqlı olanı seçin.

Dərzi — geyimləri kəsir və tikir
Meteoroloq — hava şəraitini təhlil edir və proqnozlaşdırır.

Your score is

The average score is 99%

Sosial Şəbəkələrdə paylaş!😊

LinkedIn Facebook VKontakte